23 oktyabr 2012 00:22

Azərbaycanda keçirilmiş DÇ-nin ən gənc könüllüsü (FOTO)

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin başa çatmasından artıq 1 həftədən çox zaman keçib. Azerisport.az xəbər verir ki, hazırlığına 2 il öncədən başlanılmış bu böyük futbol tədbirinin təşkilində daha öncə də dəfələrlə qeyd etdiyimiz kimi 1000-dən çox könüllü iştirak etdi. Könüllülərin müraciəti, seçimləri, təlimlərinə isə 7 aydan çox vaxt sərf olundu.
 
Çempionatın ən rəngarəng tərəflərindən biri olan könüllülük proqramına gənclərin marağı böyük idi. Onlar arasında daim YTK-nın təşkil etdiyi tədbirlərdə iştirak edən, çempionata yaxından maraq göstərən və yaşı bu proqram üçün yaş məhdudiyyətinin altında olmasına baxmayaraq inadla könüllü olma istəyini dilə gətirən, bunun üçün rəsmi müraciət edən 14 yaşlı könüllü də var idi. Çempionat müddətində media, kommunikasiya departamentində fəaliyyət göstərən bu gənc könüllü - Hüseyn Abbasov - öz aktivliyi və iş bacarığı ilə bütün YTK əməkdaşlarının sevgisini qazandı. Qeyd edək ki, 20 oktyabr tarixində yekun sertifikatları ilə təmin olunan könüllülər arasında H. Abbasov da öz yerini almışdı. Həmin gün 15 yaşına qədəm qoyan ən gənc könüllünü AFFA-nın baş katibi və YTK-nın sədri Elxan Məmmədov xüsusi təbrik edərək çempionatın hədiyyə paketini təqdim etdi.
YTK əməkdaşları bu gənc könüllünün timsalında digər bütün könüllülərə bir daha təşəkkür edir və ölkəmizdə könüllülük sahəsində yeni axın başlatdıqları üçün məmnun olduqlarını bildirirlər.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.