23 oktyabr 2012 00:36
Fərhad Vəliyev: Yenidən yığmaya qayıtmaq istəyirəm
“Qarabağ”ın qapıçısı Fərhad Vəliyev Topaz Premyer Liqasının 9-cu turunun “Bakı” ilə oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun haqda nə deyə bilərsiz?
- Birinci hissədəki oyunumuz qətiyyən alınmadı. Rəqib üstünlüyə malik idi. Elə bu üstünlükləri də qol gətirdi. İkinci hissədə isə bizim oyunumuz daha yaxşı alındı. Bəzi əvəzləmələrdən sonra daha çox hücumlar təşkil etməyə başladıq. Rəqibi qapısına sıxışdırmağı bacardıq. Əgər səhv etmirəmsə, rəqib ikinci hissədə qapımız qarşısında təhlükə yarada bilmədi. Təəssüf ki, belə bir üstünlüyə malik olduğumuz oyunda cəmi bir qol vurduq.

- Bu qədər qol epizodunu boşa vermək nə ilə bağlıdı?
- Onlardan istifadə etməyimiz lazım idi. Amma mən deməzdim ki, həmin epizodlarda futbolçularımız diqqətsiz davranırdılar.

- Heç-heçə sizi qane etdi?
- Qələbə qazanmaq lazım idi. Amma nəzərə alsaq ki, oyunun gedişində məğlub duruma düşmüşdük, heç-heçəni də pis nəticə saymamaq lazımdı. Biz qələbəyə də layiq idik. Lakin heyətlə bağlı problemlər oyuna təsirsiz ötüşmədi.
- Bu oyun həm də Tofiq Bəhramov adına Respublika stadionundakı ilk ev matçınız oldu...
- Bu arenaya köçmək yaxşı addımdı. Burda oynamaq çox xoşdu. Sanki Avropa arenalarından birində oynayırdıq. Ümid edirəm ki, bu stadiondakı nəticələrimiz daha da yaxşı olacaq.
- AZAL-a 2:6 hesablı məğlubiyyətdən sonra siz daha çox oynamağa başlamısız. Artıq Vəliyevin Miro Varvodiçi ehtiyata göndərdiyini demək olar?
- Ondan sonra dörd oyun keçirmişik, üçündə qapıda mən durmuşam. Cəmi bir oyunu buraxmışam. Fikrimcə, pis nəticə deyil. Öz üzərimdə işləməyə davam edirəm.

- Deməli, əsas heyətə layiq olduğunuzu düşünürsüz?
- İstənilən halda son qərarı Qurban Qurbanov verir. Mən də öz oyunumla buna layiq olduğumu isbatlamağa çalışıram. Həmçinin yığma komandamıza da qayıtmağı çox istərdim.