23 oktyabr 2012 00:44
Yığmamız xorvatlar üzərində qələbəyə sevindi
Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə Xorvatiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Vəli Qasımov komandamızı "Funtana" klubu ilə yoldaşlıq oyununda sınayıb.
Qarşılaşma 3:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Xorvatiya təmsilçisinin qapısından topları Ruslan Nəsirli, David Qarayev və Bayram Budaqov keçirib.
