24 oktyabr 2012 13:33
Mitreski NTV-yə Neftçidən danışdı
Avropa Liqasının qrup mərhələsi çərçivəsində yerli “Rubin”lə qarşılaşma üçün Kazana gedən Azərbaycan çempionu “Neftçi”ni Rusiya mətbuatı da diqqətdən kənarda saxlamır. Azerisport.az xəbər verir ki, bu ölkənin NTV kanalının əməkdaşları komandamızın məskunlaşdığı otelə baş çəkib.
“Ağ-qaralar”ın düşərgəsindən reportaj hazırlayan ruslar həmçinin makedoniyalı İqor Mitreskidən müsahibə də alıblar. Qeyd edək ki, müdafiəçi vaxtilə Rusiyanın “Spartak” (Moskva) klubunda çıxış edib.
