24 oktyabr 2012 13:45
Kurban Berdıyev Neftçi ilə oyunda ciddi dəyişikliklərə əl atacaq
Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyunda dörd dəyişiklik etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis Rusiya çempionatının son turunda qarşılaşdıqları CSKA ilə qarşılaşmada (0:2) bəzi yetirmələrinin çıxışından narazı qalıb.
Bu üzdən də həmin futbolçuların “Neftçi”yə qarşı oynamayacağı bildirilir. “Rubin” həmin oyunda bu heyətlə mübarizə aparmışdı: Sergey Rıjikov (Gedrius Arpauskis, 46), İvan Markano, Vitali Kaleşin, Kristian Ansaldi, Oleq Kuzmin, Roman Şaronov, Alan Kasayev (Xose Salomon Rondon, 65), Bibars Natxo, Gökdəniz Karadeniz, Pablo Orbais, Roman Yeryomenko.
Qeyd edək ki, bu oyunda Kasayevlə Orbais sarı vərəqə ilə cəzalanmışdılar. Markano isə meydandan qovulmaqla yadda qalmışdı.
