24 oktyabr 2012 14:26

Nazim Süleymanov: Rubinlə oyunda Neftçinin uğurlu nəticə qazanacağına inanıram

Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”i ilə qarşılaşacaq “Neftçi” ilə birgə Kazana yola düşüb. O, bu səfər zamanı azerisport.az saytının bəzi suallarını cavablandırıb.
 
- “Neftçi” Avropa Liqasında çıxış etməsinə baxmayaraq, yığmada geniş tərkibdə təmsil olunmur. Sizin bu komandanın çıxışını yaxından izləməyiniz onların millidə sayının artacağını deməyə əsas verir?
- Siz özünüz də gözəl başa düşürsüz ki, yığmada hər şey baş məşqçi Berti Foqtsdan asılıdı. Əgər o, “Neftçi”nin futbolçularına ehtiyac duyacaqsa, milliyə dəvət edəcək.
 
- Kazan səfəri öncəsi sizə nəsə deyilib?
- Futbolçuların çıxışını izləyib, hesabat hazırlamalıyam. Biz də istəyirik ki, yığmamız daha yaxşı oynasın. Ona görə də daim potensial milli üzvlərinin klublarındakı çıxışını diqqət mərkəzində saxlamağa çalışırıq.
 
- “Neftçi” Kazanda nəyə ümid edə bilər?
- Şəxsən mənim bu komandaya inamım böyükdü. Onlar Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla artıq Azərbaycan futbolunda böyük bir uğura imza atıblar. İndi “Neftçi” çox güclü rəqiblə oyuna çıxır. Hansı ki, bu komanda “Barcelona”, “İnter” kimi ünlü klubları dayandırmaq bacarığına malikdi.
 
- Sizcə, heç-heçə də uğurlu nəticə sayıla bilər?
- Şübhəsiz. Əgər “Neftçi” Kazanda uduzmasa, bu, yaxşı nəticə sayılmalıdı. Amma məncə “ağ-qaralar” daha artığına nail olmağa çalışacaqlar. Çünki heyətdə iddialı futbolçular yer alıb.

- Kamran Ağayevin hazırkı durumu barədə də fikirlərinizi bilmək istərdik...
- Mən onunla görüşüb, söhbətləşdim. Kamran dedi ki, “Xəzər Lənkəran”a qayıtdıqdan sonra məşq zamanı onunla çox soyuq davranıblar. Heç kim onunla maraqlanmayıb. Nəticədə də əşyalarını toplayaraq, Bakıya dönüb.
 
- Siz bunu düzgün hesab edirsiz?
- Mən bunu müzakirə edə bilmərəm. Çünki futbolçu ilə azarkeşlər və ya rəhbərlik arasında nə baş verdiyini bütün detallarına kimi bilmirəm. Mən sadəcə onu bilirəm ki, Kamran hazırda Azərbaycanda bir nömrədi.
 
- Şimali İrlandiya ilə oyunu buraxacağı indidən bəllidi...
- İstənilən halda millinin hər bir üzvü kimi, Kamrana da oyun təcrübəsi lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.