24 oktyabr 2012 14:53
İqor Mitreski: Rus jurnalistlərə olar
“Neftçi”nin müdafiəçisi İqor Mitreski Azərbaycan mətbuatına veto qoymaqda davam edir. Azerisport.az xəbər verir ki, uzun müddətdi azərbaycanlı jurnalistlərdən yan qaçan makedoniyalı futbolçu Rusiyanın “NTV+” telekanalına müsahibə verməkdən imtina etmədi.
Bu məqamı ona xatırlatsaq da, Mitreskinin cavabı belə oldu: “Rusiyalı jurnalistlərə olar. Çünki mən onlarla hələ bir neçə il öncədən tanışam. Hələ “Spartak”da oynadığım dövrlərdən”.
