24 oktyabr 2012 16:38
Kurban Berdıyev: Neftçini boş yerə flaqman adlandırmırlar
Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Kazanda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Futbolçularımın psixoloji durumundan razıyam. Biz bir turnirdən digərinə necə köklənmək lazım olduğunu öyrənmişik. “Neftçi”ni yaxşı komanda kimi tanıyırıq. Bu komandanı boş yerə flaqman adlandırmırlar”.
Qeyd edək ki, “Neftçi” ilə “Rubin” arasındakı oyun oktyabrın 25-də keçiriləcək və saat 21:00-da başlayacaq.
