24 oktyabr 2012 17:26
Kurban Berdıyev: Neftçi üzərində qələbə qazanacağımıza zəmanət verə bilmərəm
Rusiyanın “Rubin” klubunun baş məşqçisi Kurban Berdıyev UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransı keçirib. Azerisport.az həmin tədbirdən hazırlanmış reportajı təqdim edir.
- Qapıçı Sergey Rıjikovun durumu nə yerdədi?
- O, bu gün komanda ilə birgə məşq edib.
- O, bu gün komanda ilə birgə məşq edib.
- CSKA-ya məğlubiyyət komandaya təsir göstərməyəcək?
- Düşünmürəm. Biz artıq bir turnirdən digərinə köklənməyi öyrənmişik. Futbolçularımızın psixoloji durumundan da razıyam.
- Düşünmürəm. Biz artıq bir turnirdən digərinə köklənməyi öyrənmişik. Futbolçularımızın psixoloji durumundan da razıyam.
- “Neftçi” barədə nə deyə bilərsiz?
- “Neftçi” güclü komandadı. Bu komandanı əbəs yerə Azərbaycan futbolunun flaqmanı adlandırmırlar.
- “Neftçi” güclü komandadı. Bu komandanı əbəs yerə Azərbaycan futbolunun flaqmanı adlandırmırlar.
- “Neftçi”nin hansı futbolçusundan daha çox təhlükə gözləyirsiz?
- Rəqibimiz yarımmüdafə və hücumda daha güclüdü. Xüsusilə orta sahə oyunçuları gözlənilməz qərarları ilə təəccübləndirməyi bacarırlar.
- Rəqibimiz yarımmüdafə və hücumda daha güclüdü. Xüsusilə orta sahə oyunçuları gözlənilməz qərarları ilə təəccübləndirməyi bacarırlar.
- Siz Böyükağa Hacıyevlə futbolçu olduğunuz dövrlərdəki qarşıdurmanızı xatırlayırsız? Hansı ki, siz Aşqabad “Kolxozçu”sunda çıxış edirdiniz, Hacıyev isə “Araz”da...
- Mən “Neftçi” və Azərbaycan komandaları ilə bütün oyunlarımı xatırlayıram. Mən “Rostov”da da “Neftçi”yə qarşı oynamışam. Ümumiyyətlə, Azərbaycanla çox isti münasibətlərim var. Bu yaxınlarda dostlarımın dəvəti ilə Bakıda olmuşdum. Bu, Avroviziya mahnı müsabiqəsi ərəfəsində olmuşdu. Mən şəhəri tanıya bilmədim. Çünki çox dəyişmişdi.
- Yəqin ki, “Neftçi”də oynayan Bahodir Nasimov sizə yaxşı tanışdı. Onun sizə qarşı oynaya bilməməsinə münasibətinizi bilmək maraqlı olardı...
- Şübhəsiz ki, Nasimov “Neftçi” üçün vacib oyunçudu. Amma fikrimcə, onun yoxluğunda komandasının hücum xətti heç də zəif görünmür. Necə də olmasa, komandası Avroliqanın qrup mərhələsinə Nasimovsuz gəlib çıxıb.
- Bu oyunun iki türk ölkəsi məşqçilərinin qarşıdurması olması sizin üçün xüsusi önəm kəsb edir?
- Xeyr. Bizim aramızda dostluq münasibətləri hökm sürür. Amma bu, oyunlara təsir göstərmir.
- Xeyr. Bizim aramızda dostluq münasibətləri hökm sürür. Amma bu, oyunlara təsir göstərmir.
- “Neftçi”nin APOEL kimi sürpriz komanda üzərində qələbə qazanması sizi qorxutmur?
- Xeyr, bu, məni qətiyyən qorxutmur. Mən həmin oyuna baxmışam. “Neftçi” çox intizamlı futbol sərgiləyir. Güclü komandadı. Mən sabah bu komanda üzərində qələbə qazanacağımıza zəmanət verə bilmərəm. İnşallah, hər şey yaxşı olar.

- “Rubin” sabah daha çox hücum edəcək?
- Bəli, biz evdə oynayırıq, ona görə də çalışacağıq ki, hücum futbolu sərgiləyək.
- Bəli, biz evdə oynayırıq, ona görə də çalışacağıq ki, hücum futbolu sərgiləyək.
- Siz “Neftçi”nin güclü tərəflərini dediniz. Bəs komandanın zəif cəhətləri hansılardı?
- Hər bir komandanın zəif cəhətləri var. “Neftçi”nin də, “Barcelona”nın da.
- Hər bir komandanın zəif cəhətləri var. “Neftçi”nin də, “Barcelona”nın da.