24 oktyabr 2012 17:31
"Neftçi ilə qarşılaşma daha məsuliyyətli olacaq”
Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunları çərçivəsində “Tərəqqi” doğma meydanda “Ağsu”ya 3:1 hesabı ilə qalib gələrək növbəti mərhəyə yüksəldi. Azerisport.az xəbər verir ki, 1/8 finalda Gəncə təmsilçisi öz meydanında “Neftçi” ilə qarşılaşacaq.
Qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi oyunla bağlı fikirlərini açıqlayıb. Onların şərhləri ilə sizi də tanış edirik:
Rüfət Quliyev, “Ağsu” klubunun baş məşqçisi: “Rəqib bizdən güclü idi. Təbii ki, məğlub olmaq istəməzdik. Artıq I divizionda keçirəcəyimiz oyunlara hazırlaşacağıq”.
Vasif Vəliyev, “Tərəqqi” klubunun baş məşqçisi: “Bugünkü oyunda qalib gəlmək istəyirdik, məqsədimizə çatdıq. Növbəti mərhələdə “Neftçi” ilə qarşılaşacağıq, bu daha məsuliyyətli oyun olacaq. “Ağsu” komandasına qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
