24 oktyabr 2012 17:37
Alan Kasayev: Neftçi ilə oyuna çox ciddi yanaşırıq
Rusiyanın “Rubin” klubunun yarımmüdafiəçisi Alan Kasayev UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Kazanda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Biz artıq CSKA ilə çempionat oyununu (0:2) unutmuşuq. İndi ancaq növbəti oyunumuz haqda düşünürük. Rəqibimizin kimliyindən asılı olmayaraq, qarşımızdakı komandaya yuxarıdan-aşağı baxmaqdan söhbət gedə bilməz. “Neftçi” ilə oyuna çox ciddi yanaşırıq”.
