24 oktyabr 2012 17:55
Azərbaycan kuboku: 1/8 finalın bütün cütlükləri bəlli oldu
Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsində qarşılaşacaq bütün cütlüklər müəyyənləşib. Azerisport.az xəbər verir ki, “Kəpəz”in ardınca bu gün “Qaradağ Lökbatan”, “Neftçala”, “Tərəqqi” və MOİK də növbəti mərhələ adlayıb.
1/8 finalda qarşılaşacaq komandalar isə aşağıdakılardı:
Azərbaycan kuboku
1/8 final
28 noyabr (çərşənbə)
AZAL - Simurq
Tərəqqi - Neftçi
Qəbələ – Qaradağ Lökbatan
Kəpəz – Qarabağ
Bakı - Sumqayıt
MOİK - İnter
Rəvan - Neftçala
Turan - Xəzər Lənkəran
