24 oktyabr 2012 22:15
Böyükağa Hacıyev: Rubini Neftçidən də yaxşı tanıyıram
Futbol üzrə Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”i ilə oyunu öncəsi Kazanda mətbuat konfransı keçirib. Azerisport.az həmin tədbirdən hazırlanmış reportajla sizi də tanış edir.
- “Rubin”lə oyuna hazırlıqlar necə gedir?
- “Kəpəz”lə oyundan (4:1) sonra komandaya bir günlük istirahət verilmişdi. Ayın 21-dən etibarən ancaq “Rubin”lə görüş haqda düşünürük.

- “Rubin”in işləri çempionatda o qədər də yaxşı getmir. Sizcə, bu, sabahkı oyuna təsir göstərəcək?
- Bu, futboldu. Hər şey ola bilər. Lakin onu da nəzərə almaq lazımdı ki, çempionat oyunu ilə Avropa Liqası fərqli turnirlərdi. “Rubin” ikiqat Rusiya çempionudu. Bu komanda hər oyuna necə hazırlaşmaq lazım olduğunu yaxşı bilir.

- Bizə dedilər ki, bütün məşqləriniz mətbuata açıq olacaq...
- Əgər komanda başqa ölkəyə gedirsə, nəyisə gizlətməyə ehtiyac yoxdu. Mənim və “Neftçi”nin heç nədən qorxusu yoxdu. Biz heç nəyi son günə saxlamaq istəmirik.
- Siz gənclərə çox güvənirsiz. Düşünmürsüz ki, onlar bu təzyiqə davam gətirməyə bilərlər?
- Komandamızda çoxlu gənc futbolçular çıxış edirlər. Onlar Azərbaycan futbolunun gələcəyidilər. Bizə də onların özlərini göstərmələrinə şərait yaratmaq qalır.

- “Rubin”i nə dərəcədə yaxşı öyrənə bilmisiz?
- Mən “Rubin”i indi “Neftçi”dən də yaxşı tanıyıram. Onların son oyunlarına baxmışam. Bilirəm ki, güclü komandadı. Xüsusilə Ryazantsevlə Yeryomenkonu qeyd edərdim. Və təbii ki, Kurban Berdıyevi. O, unikal komanda yaradıb. Berdıyev böyük mütəxəssisdi.

- Siz “Rubin”ə qarşı Azərbaycan yığmasının Rusiyaya qarşı oynadığı kimi mübarizə aparacaqsız?
- Xeyr. Çünki Azərbaycan yığmasına Berti Foqts rəhbərlik edir, “Neftçi”yə isə mən. Mən heç nədən qorxmayanlara hörmət edirəm.

- “Neftçi”ylə “Rubin” 36 ildi qarşılaşmır. Rusiya klubunun “ağ-qaralar” üzərində qələbəsi yoxdu. Statistika komandanızın lehinə işləyə bilər?
- Vaxtilə mən bu şəhərdə “Rubin”ə qarşı oynamışam. Elə Berdıyevin özünə qarşı da oynamışam. Amma statistikanın bu oyunda hansısa təsirinin olacağını düşünmürəm.

- Sabah hava çox soyuq olacaq. Bu, “Neftçi”nin oyununa təsir göstərə bilər?
- Mən hava ilə mübarizə apara bilmərəm. Əgər soyuq olacaqsa, deməli, belə şərtlər altında oynamalı olacağıq. İnsan hər şəraitə uyğunlaşmağı bacarmalıdı.