24 oktyabr 2012 22:41
Nikolas Kanales: Rubinə də qol vurmaq istəyirəm
Azərbaycan çempionu “Neftçi”nin hücumçusu Nikolas Kanales Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mənim üçün bu oyunda qol vurmaq çox vacibdi. Bundan əvvəlki “İnter”lə (İtaliya) oyunda qol vura bilmişəm. İndi “Rubin”in də qapısına qol vurmaq istəyirəm. Burda elə də soyuq deyil. Daha soyuq havada oynamışam. Çilidə də soyuqlar olur. Həm də mən Rumıniya “Cluj”unda da çıxış etmişəm. Ona görə də Kazanın şaxtası məni qorxutmur”.
