24 oktyabr 2012 11:28
Rubin - Neftçi matçında anşlaq olmayacaq
Sabah UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın “Rubin” və Azərbaycanın “Neftçi” klubları arasında keçiriləcək oyunda anşlaq olmayacaq. Azerisport.az xəbər verir ki, sözügedən oyun zamanı tribunaların 55-60 faizinin tutulması gözlənilir.
Azarkeşlərin bu oyuna bir qədər az maraq göstərməsinin əsas səbəbi kimi isə Qurban bayramı səbəb göstərilir.
Qeyd edək ki, “Rubin” – “Neftçi” matçı Kazanda keçiriləcək və saat 21:00-da başlayacaq.
