24 oktyabr 2012 11:46
Neftçini Rubinlə oyunda 800 azarkeş dəstəkləyəcək
Sabah UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiyanın “Rubin” və Azərbaycanın “Neftçi” klubları arasında keçiriləcək oyunda təmsilçimiz dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, sözügedən oyun zamanı stadiona təxminən 800 nəfər azərbaycanlı azarkeşin gəlməsi gözlənilir.
Onların 200-ü Rusiyanın paytaxtı Moskvada yaşayan həmyerlilərimiz olacaq. Qalanları isə Kazanda və ölkənin digər bölgələrində yaşayan azərbaycanlılar olacaq.
Qeyd edək ki, “Rubin” – “Neftçi” matçı Kazanda keçiriləcək və saat 21:00-da başlayacaq.
