24 oktyabr 2012 19:40
Azərbaycan Bolqarıstanla oyunda darmadağına üzüldü (YENİLƏNİB)
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün sonuncu matçına çıxıb. Azerisport.az xəbər verir ki, komandamız bu dəfə Bolqarıstan millisi ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, Təbriz Həsənovun yetirmələri seçmə mərhələdəki ilk matçını İspaniyaya qarşı keçirmişdi və 0:2 hesabıyla məğlub olmuşdu. Polşa ilə görüşdə isə komandamız minimal hesabla uduzmuşdu – 0:1. Bolqarıstan isə ilk oyunda Polşaya uduzsa da (1:2), İspaniyanı 1:0 hesabıyla məğlub etmişdi. Bir sözlə, komandamızdan fərqli, bolqarların hələ mərhələ adlamaq şansı qalırdı. Təəssüf ki, yığmamız bu rəqibinə də uduzub. Özü də darmadağınla. Beləcə, millimiz seçmə mərhələni fiaskoyla başa vurub.
Bu gün yığmamızın yer aldığı 4-cü qrupda daha bir görüş baş tutub. Qrupun favoriti İspaniya Polşa ilə üz-üzə gəlib. İspanlar minimal hesabla qalib gəliblər - 1:0.
AÇ-nin ilkin seçmə mərhələsi
4-cü qrup
24 oktyabr
BOLQARISTAN - AZƏRBAYCAN - 4:1 (2:0)
Qollar: Despodov, 3 (1:0), Alekov, 27 (2:0), Despodov, 50 (3:0), Hakimov, 67 (3:1), Alekov, 71 (4:1).
Stara Zaqora (Bolqarıstan). “Haci Dimitar” stadionu.
Hakim: Eytan Şemuleviç (İsrail).
Oyun başladı
1. İbazadənin cərimə zərbəsi zamanı rəqib qapıçı topu kornerə çıxarır
2. Komandamız korneri uğursuz yerinə yetirir
3. Bolqarlar elə ilk hücumdaca hesabı açırlar. Vutovun ötürməsini Despodov qola çevirir - 1:0
8. Futbolçularımız ardıcıl bir neçə korneri qola çevirə bilmirlər
10. Despodovun daha bir təhlükəli zərbəsini Akar dəf edir
14. Karabelyovun zərbəsi qapıdan yan keçir
17. B.Nəsirov sarı vərəqə ilə cəzalanır
20. Yenə Despodovun qüvvətli zərbəsi, yenə Akarın əla reaksiyası...
22. M.Həşimli az qala hesabı bərabərləşdirəcəkdi. Son anda qapıçı onun sevinməsinə imkan vermir
23. Qurbanlının zərbəsi qapıdan yan keçir
26. Vutovun zərbəsi qapıdan aralı keçir
27. Alekov komandamızı ikinci dəfə meydanın mərkəzinə dəvət edir - 2:0
32. Komandamızın korner vuruşu təhlükəli alınsa da, qol səsi çıxmır
34. Cəfərovun qola sevinməsinə son anda qapıçı mane olur
37. Oraçev sarı vərəqə ilə cəzalanır
40. Alekovun zərbəsi qapıdan aralı keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
41. B.Nəsirov yerini Ə.Gürsoya verir
44. Rəqib qapıçı Dimitrov sarı vərəqə ilə cəzalanır
45. Sadıqovun qola sevinməsinə qapıçı mane olur
50. Despodov özünün ikinci, komandasının üçüncü qoluna imza atır - 3:0
51. Despodovun daha bir zərbəsi qapıdan yan keçir
53. M.Akarı qapıda A.Qasımov əvəzləyir
54. Bolqarların heyətində isə Karabelyovun əvəzində meydana Savov daxil olur
56. İvaylov sarı vərəqə alır
57. Vutovun əvəzində meydana Nedelçev çıxır
59. Komandamız daha bir korneri boşa verir
65. Velkovun zərbəsini Qasımov dəf edir
67. Həşimlinin kornerdən ötürməsini Hakimov qolla tamamlayır - 3:1
69. S.Demiri M.Mədətov əvəzləyir
71. İvaylovun kornerdən ötürməsini Alekov tora qovuşdurur - 4:1
74. Petrovu Yuseyn əvəzləyir
Matç başa çatdı
BOLQARISTAN: Stanislav Dimitrov, 2. Aleko Alekov, 3. Stefan Velikov, 4. Miki Oraçev, 5. Vladimir Aytov, 7. Emil Stoyev, 9. Kiril Despodov, 10. Antonio Vutov, 11. Çavdar İvaylov, 14. Yanis Karabelyov.
Ehtiyat oyunçular: 12. Nikolay Krastev, 6. Serkan Yüseyn, 13. Sava Savoy, 15. Valentin Tomov, 16. Aleksandr Dimitrov, 17. İlya Dimitrov, 18. İlyan Nedelçev.
AZƏRBAYCAN: 12. Mertcan Akar, 2. Aqşin Qurbanlı, 3. Yusub Hakimov, 4. Qazıməhəmməd Qurbanov, 6. Budaq Nəsirov, 7. Təyyar Məmmədov, 8. Mirkamil Həşimli (k), 11. Ülvi İbazadə, 17. Elnur Cəfərov, 18. Rəhim Sadıqov, 23. Sercan Demir.
Ehtiyat oyunçular: 1. Ağaseyid Qasımov, 5. Müslim Zarasız, 9. Fəhmin Muradbəyli, 10. Cem Felek, 14. Əbdüssəməd Gürsoy, 16. Mahir Mədətov, 19. Mənsur Nəhavəndi.
|
1. Bolqarıstan
|
3
|
2
|
0
|
1
|
6-3
|
6
|
|
2. Polşa
|
3
|
2
|
0
|
1
|
3-2
|
6
|
|
3. İspaniya
|
3
|
1
|
0
|
1
|
3-1
|
6
|
|
4. Azərbaycan
|
3
|
0
|
0
|
3
|
1-7
|
0
|
