24 oktyabr 2012 12:16
Tərlan Əhmədov: Rubinlə qarlı havada da oynamağa hazırıq
Azərbaycan çempionu “Neftçi”nin məşqçisi Tərlan Əhmədov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Böyük ehtimalla biz qarlı hava şəraitində məşq etməli, oynamalı olacağıq. Amma bu, Avropa Liqasının oyunudu. Ona görə də istənilən hava şəraitində oynamaq lazımdı. “Rubin” güclü komandadı. Amma biz bu görüşə hazırıq. Allah eləsin ki, hər şey bizim üçün yaxşı alınsın”.
