24 oktyabr 2012 00:27

“Kazandan səfrəli nəticə ilə dönmək üçün ən yaxşı keyfiyyətlərimizi göstərməliyik”

Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi Mahir Şükürov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Rubin”lə oyundan nə gözləyirsiz?
- Mən çətin oyun olacağını düşünürəm. Bu qarşılaşmada biz ən yaxşı keyfiyyətlərimizi nümayiş etdirməliyik ki, sərfəli nəticə ilə qayıda bilək.
 
- Qələbə ilə?
- Heç-heçə də pis olmaz. Səfərdə oynayacağıq. “Rubin” səviyyəli komandadı. Qrupumuzun əsas favoritlərindən biridi. Əminəm ki, onlarla oyunda hamı kimi, bizə də çətin olacaq.
 
- Amma CSKA-ya bir neçə gün öncə məğlub oldular...
- CSKA Rusiya futbolunun liderlərindəndi. Belə oyunlarda istənilən komandanın qalib gəlmək şansı olur.
 
- Siz vaxtilə “Rubin”ə qarşı “Anji”nin heyətində çıxış etmisiz. Həmin “Rubin” indiki komandadan nə ilə fərqlənir?
- Məncə, indiki “Rubin” daha güclüdü. İndi komandada xeyli səviyyəli legionerlər çıxış edir. Oyun keyfiyyəti baxımından da artırıblar. Ona görə də həmin dövrlərə nisbətən indi çox irəli getdiklərini düşünürəm.
 
- Bəs indiki “Neftçi” həmin “Anji”dən güclüdü?
- Futbolda istənilən komanda qalib gələ bilər. Kağız üzərində müxtəlif komandaları bir-biri ilə müqayisə etmək olar. Amma unutmaq lazım deyil ki, futbolda hər şeyə yaşıl meydanda aydınlıq gəlir.
 
- Rəqibin heyətində kimi fərqləndirərdiniz?
- “Rubin” komanda oyunu sərgiləyir. Möhkəm yarımmüdafiə xəttinə malikdi, yaxşı hücumçuları var. Düzdü, Rusiya çempionatında bu mövsüm bəzi problemləri var. Amma Avropa Liqası fərqli turnirdi və yəqin ki, hədəfləri də başqadı.
 
- Sizcə, “Rubin” çempionatdakı uğursuzluqları Avroliqada unutdurmağa çalışır?
- Niyə də yox? Onlar yəqin ki, çempionatdakı xal itkilərinin təsadüfi olmasını isbatlamaq istəyirlər.
 
- Bir həftə öncə bu ölkəyə yığma komandanın heyətində gəlmişdiniz və məğlub qayıtdınız. Revanş hissi var?
- Revanş? Deməzdim. Axı bu, klub komandasıdı. Yığmanın oyununu artıq unutmuşam. Ondan sonra “Kəpəz”lə oyuna çıxmışam və qələbə qazanmışıq. Amma əlbəttə, çox istərdim ki, bu oyundan qələbə ilə qayıdaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.