25 oktyabr 2012 18:55
Azərbaycan Sloveniyaya da darmadağınla uduzub, qrupda qaldı (YENİLƏNİB)
Azərbaycanın 19 yaşadək qızlardan ibarət futbol yığması Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün sonuncu matçına çıxıb. Azerisport.az xəbər verir ki, komandamız bu dəfə Sloveniya millisi ilə münasibətlərinə aydınlıq gətirib.
Qeyd edək ki, yığmamız seçmə mərhələdəki ilk matçını qrupun oyunlarına ev sahibliyi edən Rusiyaya qarşı keçirmişdi və 0:5 hesabıyla məğlub olmuşdu. İsveç ilə görüşdə isə komandamız daha faciəvi hesabla (0:10) uduzmuşdu. Yığmamızın Sloveniya ilə görüşdə ən azı seçmə mərhələdəki ilk qolunu vuracağına, ilk xalını qazanacağına ümid etsək də, bu dəfə də oxşar aqibəti yaşadıq. Sloveniya da qızlarımıza 6 cavabsız qol vurmaqla yadda qaldı. Beləcə, komandamız bu seçmə mərhələdə 21 cavabsız qola və 3 darmadağına üzülməsi ilə yadda qaldı.
Yığmamızın yer aldığı 9-cu qrupda bu gün daha bir görüş baş tutub. Rusiya İsveç ilə üz-üzə gəlib və tərəflər meydandan qolsuz heç-heçə ilə ayrılıblar. Nəticədə, növbəti mərhələyə məhz bu iki komanda adlayıb. Sloveniya isə yığmamızla yanaşı mübarizəni dayandırıb.
AÇ-nin ilkin seçmə mərhələsi
9-cu qrup
25 oktyabr
AZƏRBAYCAN – SLOVENİYA – 0:6 (0:1)
Qollar: V.Şilyak, 3; 64, D.Antolin, 47, K.Erjen, 58, p.Beqiç, 74, Y.Skaliç, 84.
Sarı vərəqələr: N.İsmayılova, 56, Ə.Heydərova, 25, S.Cəfərzadə, 45, A.Rola, 78.
Baş hakim: Süzanna Kovaçova (Slovakiya).
AZƏRBAYCAN: Hülya Cin, Ləman Bağırova, Nərmin İsmayılova (Sevinc Babayeva, 68), Əminə Heydərova, Aliyə Vəliyeva (Türkanə Kərimova, 85), Nərgiz Qurbanova, Sevinc Cəfərzadə (K), Gülsüm Cəfərova (Samirə Məmmədzadə, 87), Aynur Abışova, Olya Şioşvili, Leyla Solmaz.
Ehtiyat oyunçular: Leyla Qondolova, Çinarə Rzayeva.
SLOVENİYA: Eva Vamberger, Neya Urşiç, Karmen Ulbin (Damiyana Antolin, 46), Vanya Şilyak, Anisa Rola, Pamela Beqiç (k), Kaya Erjen (Mariya Rupreht, 90+3), Barbara Kral, Maruşa Sevşek, Anya Prşa (Yasmina Şkaliç, 81), Kristina Redenşek.
Ehtiyat oyunçular: Alma Piyukoviç, Zala Qomboç, Petra Klemençiç, Urşka Muroveç.
|
1. İsveç
|
3
|
2
|
1
|
0
|
16-0
|
7
|
|
2. Rusiya
|
3
|
1
|
2
|
0
|
6-1
|
5
|
|
3. Sloveniya
|
3
|
1
|
1
|
1
|
7-7
|
4
|
|
4. Azərbaycan
|
3
|
0
|
0
|
3
|
0-21
|
0
|
