25 oktyabr 2012 13:16

Nazim Süleymanov: Neftçi Avropada təsadüfi qonaq deyil

Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”i ilə “Neftçi” arasındakı oyun öncəsi qonşu ölkə mətbuatına fikirlərini açıqlayıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- “Neftçi” hələ də Azərbaycan futbolunun flaqmanı olaraq qalır?
- Şübhəsiz. Amma ölkəmizdə “Simurq”, “İnter”, “Qarabağ” kimi güclü klublar da meydana gəlib. “Neftçi” hazırda Premyer Liqada 4-cü yerdə gedir. Amma oynamadığı oyunlara görə potensial liderdi. Son oyunlarında “Kəpəz”ə 4:1 hesabıyla qalib gəldilər. 9-cu dəqiqəyə qədər məğlub durumda olsalar da, əzmkar qələbəyə sevindilər. İki qolu Kanales vurdu, digərlərini isə Vobayla Araz Abdullayev.
 
- “Neftçi” hansı oyun üslubuna üstünlük verir?
- Bu komanda hələ sovet dönəmindən hücum futbolu sərgiləyir. Amma burda rəqibdən də çox şey asılıdı. Məsələn, Azərbaycan çempionatındakı oyunları futbolçular daha çox meydanın rəqibə aid hissəsində keçirirlər. Amma avrokubok oyunlarında müdafiəyə daha çox diqqət ayırmaq lazım gəlir.
 
- Komandanın hansısa xəttini xüsusi qeyd etmək olar?
- “Neftçi”nin ən güclü xətti yarımmüdafiədi. Aparıcı futbolçusu isə 29 yaşlı Rəşad Sadiqovdu. Həmçinin braziliyalı Flavinyonu, Julius Vobayı da qeyd etmək olar. Klubun öz yetirməsi olan 20 yaşlı Araz Abdullayev var, Mirhüseyn Seyidov var. Hücum xəttində Nikolas Kanales, müdafiədə makedoniyalı İqor Mitreskini fərqləndirmək olar. O, vaxtilə “Spartak”la Rusiya çempionatında da çıxış edib.
 
- Hazırda “Neftçi”ni Böyükağa Hacıyev çalışdırsa da, ondan öncə tanınmış Vlastimil Petrjela və Anatoli Demyanenko da bu komandada işləyib. Sizcə, komandanın indiki uğurlarında onların hansının əməyi var?
- Petrjela “Neftçi” ilə heç nə qazanmadı. Demyanenkoya isə çempion olmağa azacıq nəsə çatışmadı. Lakin şübhəsiz ki, onların hər ikisi tanınmış mütəxəssisdi və “Neftçi”də öz izlərini qoyublar. Hacıyev haqda da xoş sözlər deməyə bilmərəm. Azərbaycanın ən yaxşı, layiqli mütəxəssislərindən biridi. Məhz onun rəhbərliyi altında ilk dəfə bir klubumuz avrokuboklarda qrup mərhələsinə vəsiqə qazandı.
 
- “Neftçi”nin qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsiz?
- Şübhəsiz ki, qrupun favoritləri İtaliya “İnter”i ilə Kazan “Rubin”idi. Amma “Partizan”la səfər heç-heçəsi göstərdi ki, “Neftçi” də Avropada təsadüfi qonaq deyil. Qrup mərhələsinin sonuna qədər çox şey baş verə bilər. Çox şey Kazandakı oyunun nəticəsindən asılı olacaq. Bu oyunda mən də komandamıza azarkeşlik edəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.