25 oktyabr 2012 01:22
Neftçi Rubini minimal hesabla məğlub edəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”i ilə səfər matçında hansı nəticə qeydə alınacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Azarkeşlərin böyük əksəriyyətinin fikrincə, “Neftçi” bu görüşdə minimal hesabla qələbə qazanacaq. Bu varianta respondentlərin 33 faizi (335 səs) inanır.
17 faiz (178 səs) isə “Neftçi”nin böyük hesabla uduzacağı qənaətindədi. Respondentlərin 16 faizi (166 səs) qollu heç-heçə olacağını, daha 16 faizi (169 səs) isə “Neftçi”nin minimal hesabla uduzacağını düşünür.
Digər variantlara isə az səs verilib.
