25 oktyabr 2012 22:49

Neftçi Kazandan məğlub qayıdır (YENİLƏNİB)

Bu gün futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxıb.
 
Təmsilçimiz səfərdə Rusiya “Rubin” ilə görüşdə qüvvəsini sınayıb. Kazan klubu da Milan “İnter”i ilə yanaşı H qrupunun əsas favoritlərindən sayılır. “Neftçi” belə güclü rəqiblə görüşdə növbəti sürprizə imza atmağa çalışacaqdı. Lakin təəssüf ki, komandamız minimal hesablı məğlubiyyətlə üzləşib.
 
Bu gün "Neftçi"nin yer aldığı H qrupu çərçivəsində keçiriləcək digər oyunda Serbiya "Partizan"ı da Milan "İnter"i ilə münasibətlərinə aydınlıq gətirəcək.
 
Avropa Liqası
H qrupu
25 oktyabr
 
RUBİN – NEFTÇİ - 1:0 (1:0)
Qol: A.Kasayev, 16 (1:0).
Baş hakim: Kenn Hansen (Danimarka).
Kazan. Mərkəzi stadion.
 
Oyun başladı
2. Meydan sahiblərinin təhlükəli hücumu zamanı Kasayevin zərbəsi alınmır
7. O.Kuzmin Flavinyoya qarşı kobudluğa görə sarı vərəqə ilə cəzalanır
10. Geridə qalan dəqiqələrdə meydan sahibləri hücumda daha fəaldı
13. "Neftçi" cərimə zərbəsi qazanır: müdafiəçilər topu uzaqlaşdırırlar, Tərlanın uzaqdan təkrar zərbəsi isə qapıdan çox aralı keçir
16. Kasayev çətin vəziyyətdə uzaq küncü dəqiq nişan almaqla gözlənilməz qol vurur - 1:0
22. Rondon təhlükəli hücumu qeyri-dəqiq zərbə ilə tamamlayır
30. Komandamızın hücumları hələ ki, elə də kəsərli alınmır
32. Ansaldinin zərbəsini Stamenkoviç tutur
34. Bertuççinin uzaqdan zərbəsi yaxşı alınmır
37. Natxonun yerinə yetirdiyi cərimə zərbəsi qapıdan aralı keçir
40. Stamenkoviç komandasını real qoldan xilas edir
43. "Rubin"in daha bir təhlükəli hücumu zamanı hər şey komandamız üçün yaxşı bitir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Kanalesin başla zərbəsini qapıçı tutur
48. Kasayevin zərbəsi qapıdan aralı keçir
50. "Neftçi"də ilk əvəzləmə: M.Seyidovu A.Abdullayev əvəzləyir
55. Komandamız təzyiqi artırıb. "Ağ-qaralar"ın təhlükəli hücumu zamanı Arazın ötürməsini ruslar uzaqlaşdırırlar
58. Tatarların künc zərbəsi zamanı müdafiəçilərimiz topu uzaqlaşdırırlar
59. "Rubin"in daha bir korner vuruşu zamanı futbolçularımız diqqətlidilər
62. Komandamızın təhlükəli hücumunu Araz qeyri-dəqiq zərbə ilə yadda qalır
64. Rusların çox təhlükəli hücumu zamanı komandamızın bəxti gətirir
65. Vobayın çox təhlükəli zərbəsini Rıjikov kornerə çıxarır
66. Komandamızın korner vuruşu qol gətirmir
68. Rusların daha bir korner vuruşu zamanı müdafiəçilər topu uzaqlaşdırırlar
69. E.Ramos sarı vərəqə ilə cəzalanır
70. "Rubin"də G.Karadeniz yerini V.Dyadyuna verir
71. Dyadyunun təhlükəli zərbəsi qapıdan aralı keçir
72. Mitreski də sarı vərəqə alır
73. "Rubin"in təhlükəli nöqtədən cərimə zərbəsi: Natxonun vuruşunda top qapının üstündən keçir
78. Dyadyun da sarı vərəqə alır
79. Komandamızın növbəti künc zərbəsi yenə uğursuz alınır
81. "Neftçi" daha bir korneri boşa verir
84. Natxonun təhlükəli zərbəsi qapının üstündən keçir
88. "Rubin"in daha bir təhlükəli hücumu zamanı komandamızın bəxti gətirir. Natxo yaxın məsafədən qapıya düşə bilmir
90. Rusiya klubu növbəti korneri yerinə yetirir: müdafiəçilər çətinliklə də olsa, topu uzaqlaşdırırlar
90. Matçın əsas vaxtına 2 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
RUBİN: 1. Sergey Rıjikov, 2. Oleq Kuzmin, 3. Kristina Ansaldi, 4. Sesar Navas (k), 19. Vitali Kaleşin, 25. İvan Markano, 6. Pablo Orbais, 10. Alan Kasayev, 61. Gökdeniz Karadeniz, 66. Bebras Natxo, 99. Xose Rondon.
Ehtiyat oyunçular: 24. Qedrius Arlauski, 27. Salvatore Bokketti, 76. Roman Şaronov, 20. Aleksey Yeryomenko, 55. Gökhan Töre, 9. Sergey Davıdov, 22. Vladimir Dyadyun.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Julius Vobay, 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov, 11. Nikolas Kanales.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 26. Kərim Diniyev, 32. Elvin Yunuszadə, 17. Araz Abdullayev, 21. Kamil Nurəhmədov, 28. Emin Mehdiyev.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.