25 oktyabr 2012 14:17
Cavid İmamverdiyev: Neftçiyə uğurlar arzulayıram
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Bakıda əməliyyat olunub. Azerisport.az xəbər verir ki, həkimlər onun 15 gündən sonra məşqlərə başlaya biləcəyini qeyd ediblər.
Gənc futbolçu saytımıza müsahibəsində hazırda özünü yaxşı hiss etdiyini bildirib. O, həmçinin komandasının bu gün Rusiya “Rubin”inə qarşı keçirəcəyi Avroliqa oyununa da toxunub:
“Təəssüf ki, “Rubin”lə oyunda komandama kömək edə bilməyəcəm. Mən “Neftçi”yə bu çətin oyunda uğurlar arzulayıram. Komanda yoldaşlarıma inanıram. Əminəm ki, onlar layiqli oyun sərgiləyəcəklər. Şübhəsiz ki, komandama azarkeşlik edəcəm”.
