25 oktyabr 2012 14:54

Bakı İnterə qarşı: statistika zolaqlıların xeyrinədi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunun qarşıdan gələn "Bakı" - "İnter" görüşü hər iki komanda üçün sayca 26-cı olacaq. Azerisport.az xəbər verir ki, bunadək komandalar bir-biri ilə 25 dəfə qarşılaşıb.
 
22 oyun çempionat çərçivəsində keçirilib. 3 matç isə ölkə kubokunun payına düşür. “İnter” rəqibini 8 dəfə məğlub edə bilib. "Bakı" isə 11 qələbəyə sevinib (Qeyd edək ki, bu qələbələrin biri oyuna əlavə olunmuş vaxtda əldə olunub, bir qələbə isə texniki olub). 25 oyunun 6-sı heç-heçə ilə başa çatıb. Vurulan topların fərqi "Bakı"nın xeyrinədi - 22:13.
 
Komandalar ilk dəfə 2004/05 mövsümündə çempionat çərçivəsində üz-üzə gəlib. Həmin görüş 0:0  hesabıyla başa çatıb. “İnter” və "Bakı" qarşıdurmasında ilk qolun müəllifi "Bakı" klubunun gürcüstanlı yarımmüdafiəçi Aleksandr Qoqoberişvili olub.
 
Xatırlardaq ki, ötən mövsümdə komandalar 4 dəfə qarşılaşıblar və  2 oyun "Bakı"nın qələbəsilə başa çatıb - 3:0 (+:-), 1:0. İki oyunda isə "İnter" qalib gəlib - 1:0, 1:0. "Bakı" - "İnter” oyunlarında ən populyar hesab 1:0-dı. Belə nəticə 25 görüşün 12-də qeydə alınıb.
 
Azərbaycan çempionatında "İnter"ə qarşı keçirilən ev oyunlarında “Bakı” üstünlüyə malikdi. Belə ki, 11 qarşılaşmada ev sahibləri  5 dəfə qələbəyə seviniblər. 3 matçda "İnter" qələbə qazanıb. Digər 3 oyun isə bərabər hesabla başa çatıb. Bu qarşılaşmalarda top fərqi "Bakı"nın xeyrinədi - 9:4.
 
Qeyd edək ki, "Bakı" - "İnter" matçı oktyabrın 26-da keçiriləcək. Oyun saat 16.00-da başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.