26 oktyabr 2012 00:04
İnter Partizanı məğlub yola saldı (YENİLƏNİB)
Bu gün Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi” səfərdə Rusiya “Rubin”i ilə qarşılaşdığı vaxtda H qrupu çərçivəsində daha bir görüş baş tutub.
Belə ki, qrupun əsas favoriti “İnter” doğma divarlar arasında Serbiya “Partizan”ını qəbul edib. İtaliya klubunun bu görüşdə qələbə qazanacağına demək olar ki, çox az adam şübhə edirdi. Gözlənildiyi kimi, milanlılar bu fürsətdən maksimum yararlanıblar və növbəti 3 xala sahib çıxıblar.
Avropa Liqası
H qrupu
25 oktyabr
İNTER – PARTİZAN - 1:0 (0:0)
Qol: Palasio, 88.
İNTER: 1. Handanoviç, 6. Silvestre, 31. Alvaro Pereyra, 40. Juan, 42. Conatan, 14. Quarin, 16. Mudinqayi, 19. Kambiasso (k), 7. Koutinyo, 88. Livaya, 99. Kassano.
PARTİZAN: 30. Petroviç, 2. Milkoviç, 3. Volkov, 15. İvanov, 40. Ostoyiç, 4. Medo, 7. Tomiç, 22. S.İliç (k), 50. L.Markoviç, 99. Smilyaniç, 45. Mitroviç.
PARTİZAN: 30. Petroviç, 2. Milkoviç, 3. Volkov, 15. İvanov, 40. Ostoyiç, 4. Medo, 7. Tomiç, 22. S.İliç (k), 50. L.Markoviç, 99. Smilyaniç, 45. Mitroviç.
| 1 | Inter | 3 | 2 | 1 | 0 | 6 | 3 | +3 | 7 |
| 1 | Rubin | 3 | 2 | 1 | 0 | 5 | 2 | +3 | 7 |
| 3 | Neftçi | 3 | 0 | 1 | 2 | 1 | 4 | –3 | 1 |
| 3 | Partizan | 3 | 0 | 1 | 2 | 0 | 3 | –3 | 1 |
