25 oktyabr 2012 16:44
Bertuççi: Rubinlə oyunda müsbət nəticə turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdıracaq
Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi Bruno Bertuççi Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz tam olaraq bu oyuna köklənmişik. Çünki bu oyunda qazanacağımız müsbət nəticənin turnir cədvəlindəki vəziyyətimizi dəyişdirəcəyini bilirik. Mümkün qələbə bizim növbəti mərhələyə adlamaq şanslarımızı çox artıracaq. Fərqli nəticə isə əksinə, növbəti oyunlarımıza pis təsir göstərəcək. Ona görə də 100 faiz qarşıdakı oyuna köklənmişik”.
