25 oktyabr 2012 17:03
İnterdən bayram təbriki (VİDEO)
“İnter” qurban bayramı münasibətilə uşaqları təbrik edib. Azerisport.az xəbər verir ki, kollektiv Kardiorevmotoloji Məktəbəqədər Uşaq Sanatoriyasına baş çəkib.
Komandanın idman direktoru Natiq Məmmədov uşaqları bayram münasibətilə təbrik edib, klub rəhbərliyinin salamlarını və arzularını çatdırıb. Sonra uşaqlara hədiyyələr təqdim edilib. Şənlikdə iştirak edən şən klounların çıxışları da balacaların lap ürəyincə olub.
