25 oktyabr 2012 17:23
Elbrus Abbasov: Neftçidə Rubinə 3 qol vuracaq futbolçu yoxdu
“Neftçi”nin sabiq futbolçusu Elbrus Abbasov Avropa Liqasının “Rubin”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 70-ci illərdə Kazan klubu üzərində qazandıqları qələbələri xatırlayıb:
“Neftçi” 1976-cı ildə “ulduzlar” komandası idi. Banişevski, Rəhmanov, Kramarenko, Qurbanov kimi ulduz futbolçularımız vardı. Bizə Moskva klublarına, “Zenit”ə, Tiflis və Kiyev “Dinamo”larına qarşı mübarizə aparmaq çətin idi. Amma “Rubin” o vaxt zəif idi. Biz onları hər oyunda məğlub edirdik. Amma Renat Kəmalətdinov kimi lideri var idi. İndi isə Kazan klubu daha güclüdü”.

Maraqlıdı ki, “Rubin”lə oyunların birində Abbasov het-trik etmişdi: “Bu, Bakıdakı oyunda baş vermişdi. Biz 4:2 hesabı ilə qələbə qazandıq. “Neftçi”nin indiki heyətində də “Rubin”ə qol vura biləcək oyunçular var. Amma onların heç biri üç qol vura bilməz”.
Abbasov “Rubin”in indiki baş məşqçisi Kurban Berdıyevi də xatırlayıb: “Onun oyununu xatırlayıram. O, komandasının ən aparıcı futbolçularından idi. Texnikalı futbolçu idi. Hazırda da “Rubin”in bu səviyyəyə qalxmasında Berdıyevin xidmətləri böyükdü”.
“Neftçi”nin sabiq futbolçusunun sözlərinə görə, indiki “Rubin” Rusiyanın ən güclü klublarındandı: İkiqat Rusiya çempionudular ki, bu da hər şeyi deyir. Halbuki, vaxtilə bunu ağıllarından da keçirə bilmirdilər. Fikrimcə, komandamıza çox çətin olacaq. Baxmayaraq ki, “Neftçi” son illərdə çox artırıb. Lakin “Neftçi” tədricən öz mövqeyini tutur. Komandamızdan qələbə də gözləmək olar. Rəqib özünü favorit hesab edir. Güman ki, futbolçularımıza yuxarıdan aşağı baxırlar. “Neftçi” bundan istifadə etməlidi”.