25 oktyabr 2012 23:35
Böyükağa Hacıyev: Rubinə Bakıda çətin olacaq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasında Rusiya “Rubin”inə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:1 hesabıyla uduzduqları oyundan sonra bunları dilə gətirib:
“Hələ dünən də demişdim ki, biz müdafiə haqda düşünməyəcəyik. Meydan sahibləri də çoxlu hücumlar edirdilər. Amma ələ düşən imkanları dəyərləndirə bilmədilər. Bizim üçün Avroliqanın qrup mərhələsi böyük təcrübədi. Çünki heyətimizdə çoxlu gənc futbolçular var. Ona görə də oyuna ehtiyatlı başladıq. Əgər bizim də avrokuboklar təcrübəmiz çox olsaydı, “Neftçi” tam başqa cür oynayardı. Amma “Rubin”ə Bakıda çətin olacaq”.
