25 oktyabr 2012 11:37
Saşa Yunisoğlu: Rubinlə oyunda göstərmək istədiyimiz nələrsə var
Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi Saşa Yunisoğlu Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Məşqlərdə çox soyuq hava var idi. Amma bu, bizə problem yarada bilməz. Başa düşürük ki, bizi çox çətin oyun gözləyir. Amma bizim bu oyunda göstərmək istədiyimiz nələrsə var”.
