25 oktyabr 2012 11:58

Saşa Stamenkoviç: Rubin Partizandan daha güclüdü

Azərbaycan çempionu “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Rubin”lə oyundan nə gözləyirsiz?
- “Rubin” keyfiyyətli rəqibdi. Şübhəsiz ki, onlar avrokuboklarda daha böyük təcrübəyə malikdilər. Onların hətta “Barcelona” kimi komanda ilə necə inamlı oynadıqlarını ətraflı xatırlamağa ehtiyac da yoxdu. Odu ki, bizi çətin oyun gözləyir. Həm də bu komanda qrupumuzun favoritidi.
 
- Bəs Milan “İnter”i?
- “Rubin” öz oyunu ilə sübut edir ki, “İnter”dən heç də zəif deyil. Təsadüfi deyil ki, onlar italyanlarla Milanda 2:2 hesablı heç-heçəyə nail oldular. Hətta Rusiya klubu həmin görüşdə qələbəyə də çox yaxın idi.
 
- “Rubin”in CSKA ilə son oyununa baxdınız?
- Bəli. Onlar məğlub oldular. Amma bundan yaxa qurtarmaq üçün çox çalışdılar. Belə bir məğlubiyyətdən sonra onlar indi “Neftçi” üzərində qələbə qazanmağa çalışacaqlar. Bizi çətin sınaq gözləyir.
 
- “Neftçi” yenə hücum edəcək, yoxsa müdafiəyə diqqət ayıracaq?
- Mənə elə gəlir ki, bizə daha çox öz qapımızın təhlükəsizliyini qorumaq haqda düşünmək lazımdı. Daha sonra rəqib qapısına yol tapmaq barədə düşünmək olar. İstənilən halda “Rubin” daha çox hücum edəcək. Onlara qarşı başını aşağı salıb oynasan, cəzalana bilərsən. Amma mənə elə gəlir ki, məşqçilərimiz “Rubin”ə qarşı sürpriz hazırlaya biləcəklər.
 
- Sizin üçün bu oyunda qol buraxmamaq nə dərəcədə prinsipialdı?
- Çox istəyirəm ki, bu oyunda qol buraxmayım. Amma hətta qol buraxsam da, qoy komandam qalib gəlsin. Buna daha çox sevinərəm.
 
- “Neftçi” “Rubin”dən xal almaq üçün “Partizan”a qarşı oynadığı futbolu sərgiləməlidi?
- Birincisi, hər bir oyunun öz ssenarisi olur. İkincisi, “Rubin” “Partizan”dan daha güclüdü. Amma yenə də biz Serbiyadakı kimi istəkli oynasaq, yaxşı nəticəyə ümid edə bilərik.
 
- Heç-heçə sizi qane edəcək?
- Hər şey oyunun gedişindən asılı olacaq. Əgər biz hesabda öndə ola-ola sonda heç-heçə etsək, bu, xal itkisi olacaq. Amma hesabı bərabərləşdirən tərəf biz olsaq, nəticəni qənaətbəxş saymalı olacağıq. Qolsuz heç-heçə isə qapıçıların hazırlığının göstəricisi olacaq.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.