25 oktyabr 2012 12:27
“Neftçinin futbolçuları mənim üçün Allah kimi idi”
Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində üz-üzə gələcək Rusiya “Rubin”i ilə Azərbaycan çempionu “Neftçi”nin şərəfini qorumuş yeganə futbolçulardan biri Renat Kəmalətdinovdu. 70-ci illərdə hər iki klubun formasını geymiş sabiq futbolçu bu gün baş tutacaq qarşılaşma öncəsi fikirlərini açıqlayıb:
“Mən böyük futbolda ilk addımlarımı “Neftçi”də atmışam. Cəmi 17 yaşım olduğu halda bu komanda mənə böyük imkanlar yaratdı. O vaxt komandada çox güclü futbolçular cəmləşmişdilər. Bu oyunçular mənim üçün Allah kimi idilər: Sergey Kramarenko, Yuri Romenski, Aleksandr Mirzoyan, Yaşar Babayev, Rafiq Quliyev, Vladimir Bruxti, Asəf Namazov, Tofiq Abbasov, Nikolay Smolnikov, Kazbek Tuayev... Anatoli Banişevskini xüsusi qeyd etmək istərdim. O, həmin dövrlərdə “Neftçi”nin bir nömrəsi idi. O, faktiki olaraq komandanın şefi idi və hamıya kömək edirdi. “Rubin”də çıxış etdiyim dövrdə “Neftçi” ilə Bakıda qarşılaşdıq. Oyundan sonra Banişevski mənə zəng etdi və qonaq çağırdı. Görüşdük, xeyli söhbət etdik. Hətta mən onun Frans Bekkenbauerlə şəklini də götürdüm. Həmin şəkli hələ də qoruyub saxlayıram. “Neftçi” ilə bağlı ən xoş xatirələrim qalır. Keçmiş komandalarımın oyununa mütləq baş çəkməyə çalışacağam”.