25 oktyabr 2012 12:38
Neftçinin Rubinlə oyununa maraq yoxdu
Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Rubin” (Rusiya) – “Neftçi” (Azərbaycan) oyunundan anşlaq gözlənilmir. Azerisport.az xəbər verir ki, son məlumatlara görə, oyuna cəmi 4200 bilet satılıb.
Oyunun keçiriləcəyi Kazanın mərkəzi stadionu isə bütövlükdə 28 500 azarkeş tutumuna malikdi. NTV-nin yaydığı məlumata görə, qarşılaşmada 8000 minə yaxın azarkeşin iştirakı gözlənilir. Onlardan da 800-ü azərbaycanlı fanatlar olmalıdı.
Qeyd edək ki, “Rubin” – “Neftçi” oyunu bu gün Kazanda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
