25 oktyabr 2012 00:47
Rəşad Sadiqov: Kazan stadionu xoşuma gəldi
Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Rusiya “Rubin”inə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Kazan stadionu mənim çox xoşuma gəldi. Ot örtüyü çox yaxşı vəziyyətdədi. Fikrimcə, soyuq hava şəraitinə dözmək olar. Mən bundan da pis şərtlər altında oynamışam”.
