26 oktyabr 2012 12:40
Bruno Bertuççi: Rubinlə oyunda mənim işim çox oldu
Futbol üzrə Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi Bruno Bertuççi Rusiyanın “Rubin” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizim üçün çox çətin oyun alındı. Xüsusilə də birinci hissədə çox çətinlik çəkdik. Rəqib az qala bütün hücumlarını bizim cinahdan həyata keçirməyə çalışırdı. Bu üzdən də çox işləmək məcburiyyətində idim”.
