26 oktyabr 2012 13:41
Tahir Süleymanov: Neftçi Rubinə məğlubiyyətə görə utanmamalıdı
Futbol üzrə Azərbaycan çempionu “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Rusiyanın “Rubin” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Məğlubiyyətimizin əsas səbəbi qarşımızdakı rəqibin güclü olması idi. Biz sıradan bir rəqiblə yox, Çempionlar Liqasında sözünü demiş komanda ilə oynayırdıq. “Neftçi” bu məğlubiyyətə görə utanmamalıdı. Özünüz də gördünüz ki, biz də qol vəziyyətləri yaratmağa çalışırdıq. Özü də belə hava şəraitinə bizim futbolçulardan daha çox kazanlılar alışıq idilər. Lakin mən hava şəraiti ilə öz məğlubiyyətimizə bəraət qazandırmaq fikrində deyiləm. Çünki hər iki komanda eyni şərtlər altında mübarizə aparırdı. Vaxtilə mən bundan da soyuq havada oyunlar idarə etmişəm”.
Klub rəsmisinin sözlərinə görə, oyundan sonra “İnter” – “Partizan” görüşünün (1:0) nəticəsi ilə maraqlanan futbolçular o qədər də çox olmayıb: “Bunda təəccüblü nəsə yoxdu. Çünki futbolçularımız Kazandan xalla dönmək üçün bütün güclərini sərf etdilər. Onlar çox yorğun idilər. Lakin təbii ki, digər oyunun nəticəsindən asılı olmayaraq, biz öz strategiyamızı davam etdirəcəyik. Qrupdan çıxmaq istəyirik”.
