26 oktyabr 2012 13:53

“Hafiz Məmmədov Bakı üçün çoxlu pul xərcləyir və narazı olmaqda haqlıdı”

“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç Topaz Premyer Liqasının 10-cu turunun “İnter”lə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Qarşıda “Bakı”nı “İnter”lə çox çətin oyun gözləyir...
- “İnter” Premyer Liqanın liderlərindən biridi. Komanda sabit heyətə malikdi. Yaxşı oyun sərgiləyirlər. Buna baxmayaraq, biz bu komanda ilə görüşdə üç xal üçün mübarizə aparacağıq. Çünki “Bakı”ya qələbə lazımdı ki, özünə gələ bilsin.
 
- Komandanın ilk turlara nisbətən daha yaxşı təsir bağışladığı hiss olunsa da, nəticələr hələ də ürəkaçan deyil...
- Biz daha baxımlı futbol sərgiləməyə başlamışıq. Qalır sadəcə nəticə qazanmaq. Bunun üçün isə qol vəziyyətlərindən daha yaxşı yararlanmağımız lazımdı. Əminəm ki, tezliklə buna da nail olacağıq və lazımlı qələbələri sıralayacağıq. Özü də rəqiblərimizdən iki oyun az keçirmişik. Həmin görüşlərdə də xal itirməsək, turnir cədvəlində xeyli irəliləyə bilərik.
 
- Klub prezidenti Hafiz Məmmədov bəyan edib ki, qışda komandada islahatlar olacaq...
- O, həmişə komandanı dəstəkləyib. Klubun rəhbəri kimi istənilən qərarı qəbul etməyə haqqı var. O, klub üçün çoxlu pullar xərcləyir və narazı olmaqda da haqlıdı.
 
- “Qarabağ”la son oyunda qələbəni əldən verməyinizi nə ilə izah edərdiniz?
- Biz layiqli oyun sərgilədik. Xüsusilə də birinci hissədə çox üstün idik. Rəqibin demək olar ki, qol vəziyyəti yox idi. Lakin təəssüf ki, biz ələ düşən qol vəziyyətlərimizdən yararlana bilmirdik. İkinci hissədə isə “Qarabağ” daha yaxşı oynadı. Qapımıza təyin olunan penalti də qalan dəqiqələrdə oyuna köklənməyimizə az təsir göstərmədi. Halbuki, biz oyunun taleyini penaltiyə qədər də həll edə bilərdik. Lakin fikrimcə, heç-heçə də pis nəticə sayılmamalıdı.
 
- Bəs mübahisəli penalti epizodu barədə nə deyə bilərsiz?
- Hakim yaxında idi və öz qərarını verdi. Məncə, orda qayda pozuntusu yox idi. Hakimin niyə belə qərar verdiyini bilmirəm. Mənə qarşı 4-5 dəfə qayda pozuntusuna yol verilsə də, hakimin fiti susurdu. Amma mən bircə dəfə fol edən kimi, sarı vərəqə ilə cəzalandım. Hakimin oyunu niyə elə idarə etdiyi mənə qaranlıq qalır.
 
- Oyundan sonra klubunuzun rəsmilərindən birinin hakimi vurmasına münasibətiniz necədi?
- Oyundan sonra mən paltardəyişmə otağında idim. Hakimlə bağlı münaqişəni görmədim. Hər şeyi mətbuatdan oxudum. Mən çoxdandı “Bakı”da çıxış edirəm və bu klubun rəsmilərinin belə bir addım atmasının şahidi olmamışam. Ötən mövsüm hakimlər bizim əleyhimizə az mübahisəli qərarlar qəbul etməmişdilər. Amma klub rəhbərliyi heç vaxt radikal addımlar atmamışdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.