26 oktyabr 2012 14:02
Lider uğursuz rəqiblə duelə hazırdı (FOTOLAR)
Topaz Premyer Liqasının hazırkı lideri "Simurq" 10-cu tur çərçivəsində qarşı-qarşıya gələcəyi AZAL-la oyunun hazırlıqlarını tamamlayıb. Azerisport.az xəbər verir ki, son məşqə tam heyətlə çıxan komanda artıq istirahətə çəkilərək oyunun start fitini gözləməyə başlayıb.
17-ci dəfə AZAL-la qarşılaşacaq sarı-qaralar keçirilən son səkkiz oyunda rəqibi məğlub edə bilməyib. Ötən tur "İnter"ə minimal hesabla məğlub olaraq qələbələr seriyasını davam etdirə bilməyən "Simurq" üçün bu oyun çox önəm daşıyır. Çünki komanda həm liderliyini qorumaq, həm də "təyyarəçilər"ə olan sindromu qırmaq istəyir.
Qeyd edək ki, qonaqlar Zaqatala şəhər stadionunda keçirilən son 4 qarşılaşmada rəqibini məğlub edib.
