26 oktyabr 2012 02:28
Natxo: Neftçiyə daha çox qol vurmaq şansımız var idi
Rusiyanın “Rubin” klubunun yarımmüdafiəçisi Bibras Natxo Azərbaycan çempionu “Neftçi” üzərindəki qələbəni şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib:
“Biz çətin oyun olacağını öncədən də bilirdik. Buna görə də oyuna ciddi şəkildə hazırlaşmışdıq. Bizim qol vurmaq üçün çoxlu şanslarımız oldu. Minimal hesabla qalib gəlsək də, qələbəyə görə şadam”.
“Biz çətin oyun olacağını öncədən də bilirdik. Buna görə də oyuna ciddi şəkildə hazırlaşmışdıq. Bizim qol vurmaq üçün çoxlu şanslarımız oldu. Minimal hesabla qalib gəlsək də, qələbəyə görə şadam”.
