26 oktyabr 2012 19:54
AZAL Simurqla, Bakı İnterlə, Sumqayıt Kəpəzlə sülh bağladı (YENİLƏNİB)
Bu gün futbol üzrə Topaz Premyer Liqasında 10-cu turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub.
Paytaxt derbisində “Bakı” “İnter”i qəbul edib. Derbi qolsuz başa çayıb. “Kəpəz” doğma meydanda "Sumqayıt"la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də tərəflər qapılara yol tapa bilməyiblər.
Günün son oyununda isə lider “Simurql" AZAL-la qarşılaşıb. Elə bu görüşdə də heç-heçə qeydə alınıb.
Topaz Premyer Liqası
10-cu tur
26 oktyabr (cümə)
SİMURQ – AZAL - 1:1 (0:1)
Qollar: R.Tağızadə, 28 (0:1), M.Səttarlı, 90+4 (1:1)
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Knyaz Əmiraslanov, Tahir Əhmədov
Zaqatala. Şəhər stadionu.
Oyun başladı
5. Matçın ilk dəqiqələri hələ ki, kəşfiyyat xarakteri daşıyır
6. Qarşılaşmanın ilk künc zərbəsini AZAL yerinə yetirir: meydan sahibləri topu geri qaytarırlar
7. Petrkeviç rəqib futbolçunun uzaqdan zərbəsini asanlıqla tutur
10. AZAL hələ ki, geridə qalan dəqiqələrdə daha fəaldı, "Simurq" isə əsasən müdafiə olunur
12. "Simurq" çox təhlükəli hücum təşkil etsə də, Stoyanoviçin həlledici zərbəsində azacıq dəqiqlik çatışmadı
14. Nildonun zərbəsini Petrkeviç tutur
20. Patraşın uzaqdan zərbəsini qapıçı dəf edir
28. Sol cinahdan qapı qarşısına asmanı R.Tağızadə dəqiq baş zərbəsi ilə tora qovuşdurur - 1:0
32. Şemonayev sarı vərəqə ilə cəzalanır
39. Nildo qapıçı ilə üz-üzə qalsa da, Petrkeviç vaxtında qapısını tərk edir və təhlükəni sovuşdurur
40. AZAL tam olaraq üstünlüyə yiyələnib və hücumlarını davam etdirir
44. Nildo yenə qapıçı ilə üz-üzə qalsa da, zərbəsi qapıdan azca yan keçir
45. İlk yarıya 2 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
55. AZAL təhlükəli hücumlarını davam etdirir
60. R.Ramaldanov sarı vərəqə alır
65. Meydan sahiblərinin qapıçısı inanılmaz qurtarışları ilə hesab arasındakı fərqin artmasına mane olur
70. Oyun bu dəqiqələrdə bir qədər sərt məcrada keçməyə başlayıb və maraqlıdı ki, hər iki komanda hakimlikdən narazılıq edir
71. AZAL-ın korner vuruşu zamanı yenə qapıçı topu uzaqlaşdırır
72. "Simurq"un korner vuruşundan qol səsi çıxmır
75. Meydan sahibləri bu dəqiqələrdə təzyiqi artırıblar və AZAL-ı müdafiə olunmağa məcbur edirlər
80. X.Fransisko sarı vərəqə ilə cəzalanır
84. A.Patraşı A.İsayev əvəzləyir
85. R.Tağızadə də sarı vərəqə alır
86. A.Mirilinin əvəzində meydana R.Eyubov çıxır
87. M.Səttarlı qapıya dəqiq zərbə endirə bilmir
88. T.Novruzovun əvəzində meydana O.Klyava çıxır
Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+2. Z.Benuahini A.Veliçka əvəzləyir
90+4. M.Səttarlı uzaq məsafədən vurduğu möhtəşəm zərbə ilə hesabı bərabərləşdirir - 1:1
Matç başa çatdı
SİMURQ: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 9. Marçin Burhard, 13. Aleksandr Şemonayev, 14. Asif Mirili, 15. Stepan Polyak, 19. Nicat Qurbanov, 25. Mario Bojiç, 79. Nenad Stoyanoviç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 6. Anderson Olivyera, 7. Ruslan Poladov, 8. Qərib İbrahimov, 10. Zdravko Popoviç, 20. Rəşad Eyubov, 21. Murad Səttarlı.
AZAL: 1. Amil Ağacanov, 2. Xuan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 6. Taqim Novruzov, 11. Zohair Benuahi, 17. Viktor İbekoyi, 20. Branislav Arseniyeviç, 22. Ruslan Tağızadə, 16. Junior Nildo, 28. Artur Patraş.
Ehtiyat oyunçular: 27. Ruslan Məcidov, 5. Aqil Nəbiyev, 15. Oskar Klyava, 37. Andrius Veliçka, 77. Arif İsayev, 8. Elman Taqayev, 7. Cavid Tağıyev.
BAKI – İNTER - 0:0 (0:0)
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Elşən Acalov, Ramiz Məhərrəmov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
Oyun başladı
5. Komandaların qarşılıqlı hücumları o qədər də təhlükəli alınmır
7. Şoliçin qüvvətli zərbəsi qapdan yan keçir
10. Oyun daha çox meydanın mərkəzində keçir
20. "İnter" hələ ki, daha çox fəallıq nümayiş etdirir və "Bakı"nın müdafiə xəttini gərginlikdə saxlayır
26. Tsxadadzenin vuruşunda top qapıçıda qalır
29. "İnter"də erkən əvəzləmə: D.Arafatı S.Zərgərov əvəzləyir
31. Karqbonun təhlükəli zərbəsinin qarşısı alınır
32. "Bakı" korner vurur: qonaqlar təhlükəni sovuşdururlar
35. Georgiyevskinin qola sevinməsinə son anda Nuredinoski mane olur
39. B.Abdulay və V.Mantsios arasında kiçik münaqişə yaranır və onların hər ikisi sarı vərəqə ilə cəzalanır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. "İnter"in korner vuruşundan qol səsi çıxmır
53. "İnter" hesabı açmağa yaxın olsa da, Baçananın zərbəsi qapıdan yan keçir
60. Niassenin uzaqdan zərbəsi dəqiq alınmır
60. B.Tsxadadzeni T.Şütz əvəzləyir
70. "Bakı"da L.Beçerranı M.Verpakovski əvəzləyir
73. İ.Karqbo isə yerini D.İvanova verir
78. "İnter" hesabı açmağa çox yaxın olsa da, A.Məmmədovun yaxın məsafədən baş zərbəsi qapıdan azca yan keçir
83. "İnter"in müdafiə xətti kobud səhvə yol versə də, Mantsios bundan yararlana bilmir
83. Məhz bu epizodun davamında "İnter" rəqibi əks-hücumda yaxalasa da, Nuredinoski "Bakı"nı qoldan xilas edir
84. A.Abatsiyev sarı vərəqə alır
84. X.J.Vilsonu L.M.Horvat əvəzləyir
87. S.Zərgərov yaxın məsafədən hədəfə düşə bilmir
87. "İnter"də Abatsiyevi R.Cəfərov əvəzləyir
89. Verpakovskinin zərbəsini Lomaya kornerə çıxarır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+1. Niasse əlverişli vəziyyətdə qapıya yol tapa bilmir
Matç başa çatdı
BAKI: 22. Edin Nuredinoski, 6. İbrahim Karqbo, 8. Xavyer Junior, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 22. Vangelis Mantsios, 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 26. Leandro Beçerra, 29. Əziz Quliyev, 77. Aleksandr Şoliç.
Ehtiyat oyunçular: 93. Elxan Əhmədov, 2. Edemir Rodriqes, 3. Denis İvanov, 10. Lukas Mario Horvat, 19. Nurlan Novruzov, 21. Novruz Məmmədov, 23. Maris Verpakovski.
İNTER: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 18. İliya Kandelaki, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze, 30. Djako Arafat, 47, Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 4. Valeri Abramidze, 6. Samir Zərgərov, 9. Daniel Genov, 7. Ruslan Əmircanov, 23. Tales Şütz, 29. Ruslan Cəfərov.
KƏPƏZ – SUMQAYIT - 0:0 (0:0)
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, İsgəndər Əliyev, Feyzulla Feyzullayev
Gəncə. Şəhər stadionu.
Oyun başladı
Meyda sahiblərinin hücumunu Əliyev qeyri-dəqiq zərbəylə tamamlayır
Oyuna daha çox gəncəlilər nəzarət edirlər
Qonaqların qapıçısı təhlükəli cərimə zərbəsini dəf edir
Qarşılıqlı hücumlar hələ ki, bəhrəsizdi
Komandalar demək olar ki, müdafiədə oturmaq barədə düşünmürlər
Amma qol vurmaq da heç birinə qismət olmur
Meydan sahiblərinin heyətində erkən əvəzləmə: Əliyevi E.Əzizov əvəzləyir
Pamukun uzaqdan zərbəsi dəqiq olmur
Abasov əllə oyuna görə sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
Qarşılıqlı hücumlar davam etsə də, hələlik təhlükəli vəziyyət yoxdu
Meydandan maraqlı və gərgin mübarizə getsə də, bu, hesabda öz əksini tapmır
Armand təhlükəli zərbə ilə yadda qalsa da, Ağayev onun qola sevinməsinə imkan vermir
F.Azadı M.Hüseynov əvəzləyir
Matç başa çatdı
KƏPƏZ: 16. Xəyal Zeynalov, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 9. Bəxtiyar Soltanov, 10. Armand Feutçin, 13. Emin İmaməliyev, 15. Şahin Kərimov, 18. Nikolay Svekentsev, 20. Emin Əliyev, 30. Yuri Fomenko, 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 1. İvan Radoş, 2. Nicat Məmmədov, 8. Elvin Həsənəliyev, 11. Ziyabil Məmmədov, 14. Elxan Əzizov, 17. Ceyhun Əhmədov, 19. Atin Abdullayev.
SUMQAYIT: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 4. Samir Abasov (k), 5. Murat Doymuş, 7. Pərdis Fərcad Azad, 10. Ceyhun Sultanov, 13. Murad Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 27. Ramil Həşimzadə, 76. Uğur Pamuk.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 11. Sabir Allahquliyev, 17. Emin Cəfərquliyev, 25. Aydın Qasımov, 50. Murad Hüseynov, 92. Bəxtiyar Həsənalızadə.
Turun digər oyunları: (27 oktyabr) Qəbələ – Turan, Xəzər Lənkəran – Qarabağ, (28 oktyabr) Rəvan – Neftçi.
| 1 | Simurq | 10 | 5 | 4 | 1 | 12 | 4 | +8 | 19 |
| 2 | Inter | 9 | 4 | 4 | 1 | 8 | 4 | +4 | 16 |
| 3 | Qarabağ | 9 | 3 | 5 | 1 | 12 | 9 | +3 | 14 |
| 4 | AZAL | 9 | 3 | 4 | 2 | 14 | 9 | +5 | 13 |
| 5 | Neftçi | 6 | 4 | 0 | 2 | 13 | 7 | +6 | 12 |
| 6 | Sumqayıt | 10 | 3 | 2 | 5 | 9 | 17 | –8 | 11 |
| 7 | Qəbələ | 9 | 2 | 4 | 3 | 9 | 11 | –2 | 10 |
| 8 | Turan | 9 | 3 | 1 | 5 | 9 | 13 | –4 | 10 |
| 9 | XL | 8 | 2 | 3 | 3 | 10 | 8 | +2 | 9 |
| 10 | Bakı | 8 | 1 | 6 | 1 | 7 | 6 | +1 | 9 |
| 11 | Rəvan | 9 | 2 | 3 | 4 | 8 | 12 | –4 | 9 |
| 12 | Kəpəz | 10 | 2 | 2 | 6 | 7 | 18 | –11 | 8 |
Bombardirlər:
7 - Junior Nildo (AZAL)
4 - Zohair Benouahi (AZAL), Nikolas Kanales (Neftçi), Juan Manuel Varea (Rəvan), Riçard Almeyda (Qarabağ).
