26 oktyabr 2012 20:23
Azərbaycan İslandiya ilə oyunda məğlub oldu (YENİLƏNİB)
Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması U-19-lar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, komandamız start matçında İslandiya ilə üz-üzə gəlib.
Görüş komandamızın 1:2 hesablı yenilgisi ilə nəticələnib.
Yığmamızın yer aldığı 11-ci qrupda bu gün daha bir görüş baş tutub. Bu qrupun oyunlarına ev sahibliyi edən Xorvatiya Gürcüstanla qarşılaşıb. Bu görüşdə də xorvatlar 2:0 hesabıyla üstün olublar.
AÇ-nin ilkin seçmə mərhələsi
11-ci qrup
26 oktyabr
AZƏRBAYCAN – İSLANDİYA - 1:2 (1:2)
Qol: Adalqeyrsson, 1 (0:1), B.Budaqov, 24 (1:1), H.Hermansson, 39 (1:2)
Baş hakim: Marios Panayi (Kipr)
Zaqreb. “Hask” stadionu.
Oyun başladı
1. Adalqeyrsson erkən qolla komandamızı məyus edir - 1:0
3. Yığmamız korner qazansa da, yararlana bilmir
4. Siqurjonssonun qol vurmasına Ə.Əliyev mane olur
6. Vilhyalmssonun zərbəsi qapıdan aralı keçir
10. Komandamız daha bir kornerdən lazımınca yararlana bilmir
12. Trandarsonun zərbəsi qapıdan aralı keçir
18. Budaqovun zərbəsi dəqiq olmur
19. E.Abdullayev də oxşar zərbə ilə yadda qalır
24. Budaqov səqiq zərbə ilə hesabı bərabərləşdirir - 1:1
25. Diniyevin zərbəsi dəqiq olmur
32. Siquryonssonun zərbəsini Ə.Əliyev dəf edir
35. Diniyevin qola sevinməsinə qapıçı mane olur
38. E.Abdullayevin zərbəsində dəqiqlik çatışmır
39. Hermannsson yenidən islandları hesabda önə keçirir - 1:2
45. Steynsson sarı vərəqə ilə cəzalanır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. Vilhyalmssonun zərbəsi qapıdan yan keçir
56. E.Abdullayevin zərbəsi hədəfdən yan keçir
63. Komandamız ardıcıl iki korner vuruşunda istəyinə çata bilmir
66. Sveynssonun vuruşunda top qapıdan aralı keçir
67. İslandların heyətində iki əvəzləmə birdən edilir: Sveynssonu Finnboqason, Trandarsonu isə Hyaltalin əvəzləyir
74. O.Əliyev əlverişli vəziyyətdə qapıya yol tapa bilmir, Runarsson qapısında sayıqdı
78. Adalgeyrssonu Stefansson əvəzləyir
81. Stefanssonun qola sevinməsinə qapıçımız mane olur
83. Torsteynsson sarı vərəqə alır
86. Cankişiyevin qola sevinməsinə Runarsson mane olur
Matç başa çatdı
AZƏRBAYCAN: 1. Əyyub Əliyev, 3. Azər Salahlı, 5. Samir Yusifov (k), 6. İlter Taşkın, 8. Kamaı Mirzəyev, 9. Orxan Əliyev, 10. Elşən Abdullayev, 11. Eldar Cankişiyev, 18. Coşqun Diniyev, 19. Bayram Budaqov, 20. Demir Hasan.
Ehtiyat oyunçular: 4. Murad Musayev, 7. Namiq Ələsgərov, 12. Rəşad Əzizov, 13. Məqsəd İsayev, 15. Fuad Bayramov, 16. Ruslan Nəsirli, 17. Şamil Camaləddinov.
İSLANDİYA: 1. Runar Runarsson, 2. Adam Örn Arnarson, 3. Osvald Traustason, Orri Omarson, 5. Hyortur Hermansson (k), Gunnar Torsteynsson, 7. Arnar Adalgeyrsson, 8. Oliver Siquryonsson, 9. Arni Vihyalmsson, 10. Raqnar Sveynsson, 11. Aron Trandarson.
Ehtiyat oyunçular: 12. Frederik Sxram, 13. Byorqvin Stefansson, 14. Kristyan Finnboqason, 15. Aron Yafetsson, 16. Dadi Berqsson, 17. Alfreo Hyaltalin, 18. Stefan Palsson.
