26 oktyabr 2012 15:06

Topaz Premyer Liqası, 10-cu tur: Musa Qurbanovun proqnozu

Azərbaycanın futbol mütəxəssisi Musa Qurbanov azerisport.az saytına müsahibəsində Topaz Premyer Liqasının 10-cu turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
 
Bakı – İnter
“İnter” həmişə güclü rəqib olub. Onlara qarşı oynamaq asan olmur. “Bakı” üçün isə bu komanda ilə oyunda qazanılacaq qələbə uğursuzluq zolağından çıxmaq üçün mühüm rol oynaya bilər. Amma mən bu görüşdə heç-heçə olacağını düşünürəm.
 
Kəpəz – Sumqayıt
Oyunun Gəncədə keçiriləcəyini nəzərə alsaq, “Kəpəz”in qələbə qazanmaq şansları daha yüksəkdi. “Sumqayıt” da mövsümə yaxşı başlayıb. Amma bu komandanın futbolçularında təcrübə çatışmır. “Kəpəz”in qələbə qazanacağını düşünürəm.
 
Simurq – AZAL
Düzünü deyim ki, bu oyuna proqnoz verməkdə çətinlik çəkirəm. Oyunun Zaqatalada keçirilməsin, “Simurq”un lider olmasına baxmayaraq, hər iki komandanın qələbə qazanması mümkündü. Heç-heçə də istisna deyil.

Qəbələ - Turan
Ramiz Məmmədovun gəlişindən sonra “Qəbələ”də oyun intizamının yaxşılaşdığı hiss olunur. “Turan” da baş məşqçi dəyişikliyinə rəğmən, qələbə qazanmağı bacardı. Amma qəbələlilərin ustalıq səviyyəsi daha yüksəkdi. Buna görə də meydan sahiblərinin qələbə qazanacağını düşünürəm.
 
Xəzər Lənkəran – Qarabağ
Özünüz də başa düşürsünüz ki, mən burada maraqlı tərəfəm. Ona görə də proqnoz vermək düz çıxmazdı. Amma bütövlükdə, hər cür nəticə qeydə alına bilər.

Rəvan – Neftçi
Əgər oyun nəzərdə tutulduğu vaxtda keçirilsə, “Neftçi”yə pis təsir edə bilər. Çünki yorğunluq öz sözünü deyə bilər. Bu, “Rəvan” üçün əlavə üstünlük deməkdi. Amma mən heç-heçə olacağını düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.