26 oktyabr 2012 02:43
Maqat Bundesliqa klubundan qovuldu
Almaniyanın “Wolfsburg” klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi Feliks Maqata qapını göstərib.
Ötən mövsümdəki uğursuz çıxışın ardından bu mövsümə də pis başlayan komandada məhz baş məşqçi dəyişikliyinə ehtiyac duyulub. Rəhbərlik Maqatı istefaya göndərməklə, vəziyyətin düzələcəyinə ümid edir.
Məlumatı klubun rəsmi saytı da təsdiqləyib. Maqata xidmətlərinə görə təşəkkür edilib. Lakin yeni baş məşqçinin kim olacağı barədə açıqlama verilmir.
Qeyd edək ki, “Wolfsburg” geridə qalan 8 turda cəmi 1 qələbə qazanıb və 2 heç-heçəyə nail olub. Komanda beş xalla sonuncu yerdə gedir.
