26 oktyabr 2012 18:52
“Komandam sanki, meydanda yox idi"
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 10-cu turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Mən də həmkarımı təsdiqləyə bilərəm, həqiqətən də, ən pis oyunlardan biri idi. İlk 40 dəqiqədə komandamız, sanki, meydanda yox idi. İkinci hissədə futbolçuların fəallığı artırması qol epizodlarının yaranmasına gətirdi. Lakin bu epizodlardan heç bir nəticə əldə edə bilmədik. “Neftçi” ilə oyundan sonra futbolçularda yorğunluq hiss edirəm, ağır oynayırlar. Qarşıdakı oyunlarda uğurlu nəticə qazanmağa çalışacağıq”.
