26 oktyabr 2012 19:35
“Qalib gələ bilməməyimiz üzərimizdə basqı yaradır”
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç Topaz Premyer Liqasının 10-cu turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin serbiyalı çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyuna yaxşı başlamadıq. Müdafiədə səhvlər buraxırdıq. Rəqib topu yaxşı saxlamağı bacarır. İkinci hissəni daha yaxşı oynadığımızı düşünürəm, qol da vura bilərdik. Bu oyunda qalib gəlməyi çox istəyirdik, qələbə qazana bilməsək də məğlub olmadıq. Lakin qalib gələ bilməməyimiz üzərimizdə basqı yaradır”.
