26 oktyabr 2012 20:28
Vaqif Sadıqov: Simurq bir daha göstərdi ki...
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 10-cu turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çox baxımlı oyun oldu. Üç oyundu ki, qalib gələ bilmirik. “Simurq” bir daha göstərdi ki, çempionatın lideri olaraq qalır. Komandam yaxşı oynadı. Qarşıda bizi daha çətin oyunlar gözləyir”.
