26 oktyabr 2012 20:35
Georgi Çixradze: Oyunçularımız çoxlu səhvlər etdilər
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 10-cu turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun gərgin məcrada keçdi. İlk hissədə oyunçularımız çoxlu səhvlər etdilər. Lakin ikinci hissədə uşaqlar özlərini yaxşı tərəfdən göstərdilər, yaxşı oyun alındı. AZAL-a qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
