26 oktyabr 2012 11:06
Rəşad Sadiqov: Rubin meydanın mərkəzində çox fəal idi
Futbol üzrə Azərbaycan çempionu “Neftçi”nin kapitanı Rəşad Sadiqov Rusiyanın “Rubin” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Deməzdim ki, pis oynadıq. Uduzsaq da, ikinci hissədə özümüzü yaxşı tərəfdən göstərə bildik. Təəssüf ki, Kazanı qələbəsiz tərk edirik. Mənə elə gəlir ki, bəzi futbolçularımız belə havada oynamağa alışıq deyildi. Biz rəqibi yaxşı analiz etmişdik. Onlar meydanın mərkəzində çox fəal idilər. “Rubin”də çox yaxşı futbolçular cəmləşib. Amma onlar heç də sürpriz edə bilmədilər. “Neftçi”nin qrupdan çıxmaq şansları barədə danışmaq çətindi. Qarşıda iki ev oyunumuz var. Həmin oyunlarda xeyli xal toplaya bilərik. Nə qədər çox xal yığsaq, bir o qədər yaxşıdı. Mənə elə gəlir ki, biz Milanda da xal üçün vuruşa bilərik”.