26 oktyabr 2012 11:25

Mahir Şükürov: Artıq başqa çıxış yolumuz yoxdu

Futbol üzrə Azərbaycan çempionu “Neftçi”nin müdafiəçisi Mahir Şükürov Rusiyanın “Rubin” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:1 hesabıyla uduzduqları oyundan sonra öncə bunları dilə gətirib:
 
- Məğlubiyyətə görə günahı heç kimin üzərinə atmaq fikrində deyiləm. Çünki bu oyunu bütün komanda uduzdu. Bu gün biz top saxlaya bilmədik.
 
- Bəs bu, nə ilə bağlıdı?
- Yarımmüdafiə xəttimiz rəqibin pressinqinə tab gətirə bilmədi. Bu, təəccüblü deyil. Çünki rəqibimiz səviyyəli komandadı. Onlar daha böyük klublarla oyunlarda nəticə qazanmağı bacarıblar. Yarımmüdafiəçilərimiz üçün oynamaq çox çətin idi. Çünki top kimə düşürdüsə, dərhal iki rəqib futbolçu ona pressinq tətbiq edirdi.
 
- Oyundan öncə sizə minimal hesabla uduzacağınızı desəydilər, bu qədər məyus olardınız?
- Bəlkə də bir qədər sonra emosiyalar geridə qalacaq və bu suala daha ətraflı cavab verə bilərəm. Amma indi ona görə məyusuq ki, pis oynamadığımız halda məğlub olduq. Xüsusilə də ikinci hissədə yaxşı təsir bağışladıq.
 
- Birinci hissədə sizə nə mane olurdu ki?
- Görünür, bəzi futbolçular belə havada oynamağa alışıq deyildi. Rəqib də güclü idi. Amma mənə elə gəlir ki, fasilədən sonra biz artıq vəziyyətə uyğunlaşa bilmişdik və ona görə də komanda oyunu sərgiləyə bildik.
 
- “Rubin”lə Bakıdakı oyunda qələbə gözləmək olar?
- Bakıda istənilən rəqiblə oyunda qələbə gözləmək olar. Artıq bizim başqa çıxış yolumuz yoxdu. Mütləq qələbə qazanmalıyıq. Qrup mərhələsinin ikinci dövrəsində bizi iki ev oyunu gözləyir. Biz həmin görüşləri qazana bilərik. Onda qrupdan çıxmaq şanslarımız daha da yaxşılaşacaq.
 
- Yəni hədəf dəyişməz olaraq qalır?
- Şübhəsiz. Sadəcə, öz səhvlərimizdən uduzmağımız üzücüdü. Yeganə sevindirici məqam ondan ibarətdi ki, sona qədər ruhdan düşmədik, mübarizə apardıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.